

Məqsəd
Biz "Velo City" layihəsinin yaradıcılarıyıq. Bu layihəni yaratmağımızın səbəbi "Dayanıqlı İnkişaf Məqsədləri !!', yəni "Dayanıqlı Şəhərlər və İcmalar"dır.
Bəs Dayanıqlı İnkişaf Məqsədləri nədir?
Bunlar BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş 17 məqsəddir. “Qlobal Məqsədlər” kimi də tanınan DİM-lər Minilliyin İnkişaf Məqsədlərinin (MİM-lər) əldə etdiyi nəticələrə əsaslanır və daha da irəli gedərək, yoxsulluğun bütün formalarının aradan qaldırılmasını hədəfləyir.
Bizim maraq dairəmizi əhatə edən DİM Dayanıqlı Şəhərlər və İcmalardır. Bu DİM “Şəhər və yaşayış məntəqələrinin açıqlığını, təhlükəsizliyini, davamlılığını və ekoloji dayanıqlılığını təmin etmək” prinsipi ilə fəaliyyət göstərir.
Şəhərlərin dayanıqlılığını təmin etmək üçün nəqliyyatı yoluna qoymaq, tıxacı azaltmaq və beləliklə, CO2 emissiyasını azaltmaq məqsədinə çatmaq üçün velosipedlərdən istifadənin artırılmasının ən effektiv yol olduğuna qərar verdik və bunun əsasında "Velo City" layihəsini təqdim edirik.
Hər hansı bir ümumi sorğu üçün aşağıdakı əlaqə formasını doldurun:






